525.Az

76 min fındıqdan hazırlanan tar


 

76 min fındıqdan hazırlanan tar<b style="color:red"></b> Qəbələ VII Beynəlxalq Musiqi Festivalının keçirildiyi Heydər Əliyev adına Konqres Mərkəzinin həyətində simvolik olaraq tar maketi qoyulub. Məqsəd   festivala gələn  əcnəbilərə Azərbaycanın qədim musiqi mədəniyyətinə malik olmasını nümayiş etdirmək və tarı tanıtmaqdır.  76 min fındıqdan hazırlanan tarın hündürlüyü 5 metr, eni 1 metr 20 santimetrdir. 10 gün müddətinə ərsəyə gələn tarın hazırlanması üçün 8 nəfər çalışıb.
 
Konqres Mərkəzinin qonaqlara xidmət üzrə nümayəndəsi Müjgan Sadıqova APA TV-yə bildirib ki, tarın maketi  üzərinə yapışdırılan  fındıqların ağ rəngdə olanları qovrulub, qalan hissələr isə qabıqlı fındıqlardır.
 
Festivalda xarici qonaqların diqqətini cəlb edən məqamlardan biri də bizim qurduğumuz bu möhtəşəm tardır, findıqlardan hazırlanıb. Tarın ərsəyə gəlməsində 10 gün vaxt sərf olunub, 8 işçinin köməyi ilə hazırlanıb.
 
Tarın yanında  turistlər üçün 3 dildə hazırlanan məlumat lövhəsi yerləşdirilib. Lövhədə tar barəsində, onun nədən hazırlanması haqqında, ölçüləri və çəkisi barədə məlumat verilir.
 
Festivalın davam etdiyi  müddətdə tar hər gün  tədbir qurtarandan sonra qapalı yerdə saxlanır, konsert  başlayanda isə onu yenidən festivalın  keçirildiyi səhnənin yanına gətirirlər. Səbəb isə bu zərif əl işini kənar müdaxilələrdən qorumaqdır.
 
Festivala gələn xarici qonaqlar və musiqiçilər diqqəti cəlb edən bu tarla maraqlanır və onun yanında xatirə şəkli çəkdirirlər. Bu da Qəbələnin və Azərbaycanın dünyada tanınmasına səbəb olur.
 
Qeyd edək ki, Qəbələ birinci beynəlxalq musiqi festivalında şirniyyatçılar şokaladdan piano hazırlayıblar. Ustalar Azərbaycanın daha bir qədim musiqi aləti olan kamançanı simvolik olaraq təqdim edəcəklər.
 





03.08.2015    çap et  çap et