525.Az

11 mindən çox abituriyent ixtisas seçimi edib


 

11 mindən çox abituriyent ixtisas seçimi edib<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11.20-yə olan məlumata görə 11 647 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.
 
Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.
 
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

 





03.08.2015    çap et  çap et