525.Az

Ronaldo: "Tüpürüm FİFA-ya da, Qətərə də"


 

Ronaldo: "Tüpürüm FİFA-ya da, Qətərə də"<b style="color:red"></b>

"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, CNN telekanalına qonaq olan portuqaliyalı futbolçu FİFA haqda verilən suala əsəbləşib və studiyanı tərk edib:

"FİFA haqda fikirlərimi öyrənmək istəyirsiniz? Məni nə FİFA, nə də Qətər maraqlandırır. Tüpürüm FİFA-ya da, Qətərə də. Məni bura niyə çağırmısınız? FİFA haqda suallara cavab verməyimi istəyirsiniz? İşinizdə olun".

Qeyd edək ki, mayın 27-də İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub. Bu hadisədən bir neçə gün sonra yenidən FİFA prezidenti seçilən Yozef Blatter vəzifəsindən istefa verdiyini açıqlamışdı.

 





03.08.2015    çap et  çap et