525.Az

Dünyada heç bir ölkəyə məxsus olmayan ərazilər


 

Dünyada heç bir ölkəyə məxsus olmayan ərazilər<b style="color:red"></b>

Beynəlxalq hüquqda “terra nullius” termini heç kimə aid olmayan torpaq mənasını verir.

Modern.az  dünyada heç bir ölkənin sahib durmaq istəmədiyi əraziləri təqdim edir:    Antarktidanın qərbində “Mariya Börd Land” adlandırılan, Azərbaycandan 10 dəfələrlə böyük olan bir bölgə rəsmi olaraq heç bir ölkənin sərhədlərinə aid deyil. Lakin 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzvelt bu bölgəyə yiyələnmək üçün təşəbbüs göstərib.

O, hətta zona üçün “Amerika Birləşmiş Ştatlarına məxsusdur” kimi siyasi gərginliyə gətirib çıxaracaq ifadə işlədib. Lakin ərazi rəsmi olaraq heç bir ölkənin tərkibində deyil.  Daha sonra Çili, Argentina, Norveç, Avstraliya, Yeni Zelandiya kimi ölkələr də başıbəlalı əraziyə sahib çıxmaq istəsələr də, cəhdləri bir nəticə verməyib. 

Yiyəsiz qalan daha bir zonanın adı isə “Bir Tavil” adlanır.  Tavil Misir ilə Sudan sərhədində 2060 kvadrat kilometrlik üçbucaq bir regiondur. Qeyd edək ki, sahəsi Azərbaycanın sahəsindən iki dəfədən də çoxdur.  Heç bir ölkə bu geniş torpaqlara sahib çıxmaq istəmir. Bunun da çox ciddi səbəbi var. Səbəbi hər iki ölkənin də Qırmızı dəniz bölgəsinə aid olan daha böyük bir bölgəni, “Halaib Üçbucağını”nı istəmələridir. Hər iki ölkə də “Böyük üçbucağa” göz dikərək, onu kiçik üçbucağı rəqibə güzəştə getmək istəmələridir. 

Maraqlı məqamlardan biri budur ki, Virciniya ştatından olan Ceremi Heaton  adlı şəxs “Bir halda ki, heç kim istəmir, mən burada dövlət qurum”, - deyərək öz bayrağını orada sancıb.

Amma zəngin amerikalının da səylərinə bir cavab verilməyib. Çünki oradan dəfələrlə kiçik yiyəsiz ərazilər var ki, onları özəl mülkə çevirmək mümkün olmayıb. Amerikalı iş adamları hələlik ən çox Fici adalarına yaxın olan sahibsiz torpaqları öz mülkləri edə biliblər.

 





03.08.2015    çap et  çap et