525.Az

Puerto Riko defolt vəziyyətinə düşdü


 

Puerto Riko defolt vəziyyətinə düşdü<b style="color:red"></b> Puerto Riko defolt vəziyyətindədir.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, adanın kreditorlar qarşısında borcu 70 milyard dollara yaxındır.
 
Hökumət tərəfindən rəsmi açıqlama verilməsə də, Puerto Rikonun qubernatoru Alexandro Qarsiya Padilya ölkənin faktiki olaraq defolt vəziyyətində olduğunu təsdiqləyib.
 
Bildirilir ki, avqustun sonunadək işçi qrup ölkə iqtisadiyyatının xilasına yönələn planı təqdim etməlidir.
 
Ekspertlər artıq Puerto Rikonu “Amerikanın Yunanıstanı” adlandırır.
 





04.08.2015    çap et  çap et