525.Az

İyulda 40 mindən artıq mobil cihazın “IMEI” kodu yoxlanılıb


 

İyulda 40 mindən artıq mobil cihazın “IMEI” kodu yoxlanılıb<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.
 
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlərdən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması”  xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.
 
Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.
 
Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.
 





04.08.2015    çap et  çap et