525.Az

"Seltik" Bakıya itki ilə gəldi


 

"Seltik" Bakıya itki ilə gəldi<b style="color:red"></b>

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Seltik" Bakıya itki ilə gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın mərkəz müdafiəçisi Çarli Malqryu zədə səbəbindən sabahkı görüşdə iştirak etməyəcək.

"Renn"lə yoxlama görüşündə dizindən zədə alan şotlandiyalı futbolçu "Qarabağ"la ilk oyunda iştirak etməyib. O, cavab görüşünə də hazır olmadığı üçün Bakıya gətirilməyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Seltik" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 





04.08.2015    çap et  çap et