525.Az

"Apollon" Bakıya nə vaxt gələcək?


 

"Apollon" Bakıya nə vaxt gələcək?<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq "Apollon"un Bakıya gələcəyi tarix müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kipr təmsilçisi paytaxtımıza sabah gələcək.

Komandanın sabah günorta saatlarında Larnaka şəhərindən çarter reysi ilə Bakıya gələcəyi gözlənilir. "Apollon" sabah axşam saatlarında matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Qəbələ" - "Apollon" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə 1:1 bərabərlik qeydə alınıb.

 





04.08.2015    çap et  çap et