525.Az

Rusiyada həkimlər qayçını xəstənin bədənində unutdu


 

Rusiyada həkimlər qayçını xəstənin bədənində unutdu <b style="color:red"></b>

Rusiyada 3 il əvvəl qeysəriyyə əməliyyatı olunan Aisina Zindusova kəskin qarın sancıları ilə yenidən xəstəxanaya üz tutub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, A.Zindusovanı rentgen müayinəsindən keçirən həkimlər təəccübləniblər.

Belə ki, 3 il əvvəl qeysəriyyə əməliyyatı zamanı 20 santimetr uzunluğunda əməliyyat qayçısı A.Zindusovanın qarnında unudulub.

Lakin 3 il ərzində A.Zindusova özünü normal hiss etdiyini bildirib:
 
“İndiyə qədər özümü normal hiss etmişəm, lakin indi inana bilmirəm ki, 3 il ərzində bu uzunluqda qayçını bədənimdə gəzdirmişəm”.

Hadisə ilə bağlı xəstəxanada araşdırmalara başlanılıb və A.Zindusova xəstəxananı məhkəməyə verməyi düşünür.

 





05.08.2015    çap et  çap et