525.Az

"Apollon" Bakıdadır


 

"Apollon" Bakıdadır<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsində sabah "Qəbələ"nin qonağı olacaq "Apollon" bu gün Bakıya gəlib.

Qol.Az-ın məlumatına görə, Kipr təmsilçisi hava limanından birbaşa məskunlaşacaqları otelə yollanıb.

Pedro Emanuelin komandası axşam saatlarında matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda "Qəbələ" ilə oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Apollon" oyunu saat 21:00-da başlayacaq. 

 





05.08.2015    çap et  çap et