525.Az

Smartfonlar daha populyardır


 

Smartfonlar daha populyardır<b style="color:red"></b> Britaniyanın “Ofcom” telekommunikasiya tənzimləyici orqanının məlumatlarına əsasən, ölkədə internetdə işləmək üçün ən rahat qurğular qismində smartfonlar daha populyardır.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014-cü ildə britaniyalıların 33 faizi internetə çıxış üçün əsas qurğu kimi smartfona, 30 faiz isə noutbuka üstünlük verib.
 
Bundan başqa, tənzimləyici orqanın məlumatına görə, ötən il britaniyalılar 1,2 milyard selfi çəkiblər ki, bu da həmçinin mobil qurğuların populyarlığının artmasını göstərir, - “BBC” yazır.
 





06.08.2015    çap et  çap et