525.Az

İrəvanda ekstrasens öldürülüb


 

İrəvanda ekstrasens öldürülüb<b style="color:red"></b>

İrəvanda ekstrasens Ani Macnumyan öldürülüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, şəhər Polis Şöbəsinin mətbuat xidmətindən bildiriblər ki, qadının meyiti yaşadığı mənzildə aşkar edilib.
 
Qətlə yetirilən şəxsin “Altıncı hiss” verilişinin iştirakçısı, 53 yaşlı Ani Macnumyan olduğu müəyyənləşib. Onun üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.
 
A. Macnumyan tək yaşayıb. Qonşuları onun mənzilindən heç bir şübhəli səslər eşitmədiklərini bildiriblər.
 
Faktla bağlı cinayət işi açılıb.

 





06.08.2015    çap et  çap et