525.Az

Millimiz FİFA reytinqində irəlilədi


 

Millimiz FİFA reytinqində irəlilədi<b style="color:red"></b>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 2 pillə irəliləyərək 302 xalla 106-cı pillədə qərarlaşıb.

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1 pillə irəliləyərək 16-cı yerə yüksəlib. Xorvatiya 13-cü (+1), Norveç 68-ci (-1), Bolqarıstan 69-cu (-1), Malta isə 159-cu (-1) yeri tutur.

Siyahıya Amerika kubokunun ikincisi Argentina yığması başçılıq edir. Belçika ikinci, Almaniya yığması isə daha bir pillə geriləyərək üçüncü olub.

 





06.08.2015    çap et  çap et