525.Az

Barmaqları kəsilmiş gəlinlər və kanalda boğulan körpələrin acısı...


 

Barmaqları kəsilmiş gəlinlər və kanalda boğulan körpələrin acısı...<b style="color:red"></b>

Bütün bunları oxuduqdan, eşitdikdən sonra bilmirəm, qorxacaqsınız, ya yox. Bu, qotik filmlərə baxmaq, qorxulu hekayələr kitabını oxumaq deyil sizin üçün, əsrlər boyu təkrarlanmış həqiqətdi. Bəlkə də yox, yuxudu, bir erməni gecələr yuxusunda bizi görür tez-tez. Görür ki, bizi əsir tutub. İşgəncə verir,döyür, söyür, asır, kəsir...

Şəhərin dörd il mühasirədə olmasına baxmayaraq, insanlar gündəlik həyatlarına davam edirdilər. Əli silah tutan kişilərin hamısı postda idi.Qadınlar evinin xalça-palazını süpürüb, qapının ağzına yığılmış qarın suyunu, zığını-palçığını silib-təmizləyirdilər.Yəqin,çoxları artıq uşaqlarını məktəbə yola salmışdı. Hərdən atışma səsinə qapıya çıxırdıq, hərdən pəncərənin pərdəsini aralayıb baxırdıq. Amma sonra birdən çay daşırdı. Xörək iyi evi bürüyürdü. Yenə də fikir bizi götürürdü, görən,o gülləkimin ərinə dəydi, kimin oğlundan yan ötdü? Işləri tez bitirmək lazım idi. Bir azdan gecə düşəcək. Indi dərsdən, işdən-gücdən gələnləri də götürüb gecələmək üçün zirzəmilərə gedəcəyik. Ora soyuqdu, bilirəm. Evimizdaha yaxşıdı. Yatağımız daha istidi. Amma biz uzağa getmirik ki.Sabah qayıdacağıq da...

Bu gün mənim adım Sevildir. Soyadım Əbdülova. Bu gün Qızılqum sanatoriyasındakı düşərgəmizə yenə bir jurnalist gəlmişdi. Danışdıqlarımdanqorxmayacaqsınız yəqin ki. Sizə oğlum Ceyhunla meyitlərlə bir maşında gedərkən dediyim sözləri təkrarlayıram: qorxmayın, olan olub, ölən ölüb. Bir halda ki, Ceyhun kimi qorxmayacaqsınız, istəyirəmonun kimi də unutmayasınız olanları.

Dörd il idi ki, Xocalı mühasirədəydi. Mən Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib-hesabdar işləyirdim. Dayanmadan zənglər edir, teleqramlar vurub yardım istəyirdik. Xocalı yüksəklikdə yerləşən dödr erməni kəndindən daim atəşə məruz qalırdı. Hər gün kömək gələcəyini gözləyirdik. O gün axşam saat doqquz olardı,şəhərə tanklar girdi. Gecəçıxıb hamısını saymışdıq. On bir ədəd idi. Aralarında özbək, qırğız, qazax əsgərlər də olan 366-cı alay xeyli vaxt idi ki, şəhərə yaxın ərazidə yerləşdirilmişdi. Əsgərlərgəlib Xocalıda bizdən çörək, qənd, çay istəyirdilər. Biz çox şeyi bilmirdik. Bilmirdik ki, polkun zabiti də ermənidir və bir gün bizə bütün dünyaya“qorxulu nağıllar”danışacağımız günü yaşadacaqlar. Görünür, Haqqın dərgahının açıq vaxtına düşməmişdi anaların duası...

Tanklardan qəfil açılan atəş lənət, qan-qarğış kimi üstümüzə yağırdı.Evlər alışıb-yanırdı. Bizim əsgərlər postdan gəlibhamının təcili şəhərdən çıxmalı olduğunu dedilər. Gecə-gündüz postda dayanan döyüşçüləri bu qədər həyəcanlı, çarəsiz görməyimiz bizi necə ağır bir yolçuluq gözlədiyindən xəbər verirdi.

Səs, oğuz elində kömək üçün qalanan tonqal kimi, ərşə qalxmışdı, evlərdən qalxan alovun dilləri də ona çata bilməzdi. Daha gec idi, dua etmək üçün də, kömək çağırmaq üçün də. Nəinki Bakıdan canlı qüvvə, heç ulu babalarımızın ruhları da dadımıza yetmədi.

Çığıran kim, çağıran kim, ağlayan kim. Uşaq böyüyünü səsləyir, böyük uşağını axtarırdı. Ayağı yalın, başı açıq yüzlərlə qadın, uşaq, qız, gəlinin qara bata-bata yıxıla-dura yürüməsi dənizin kükrəyən dalğalarına “baş vuran” böyük bir gəmini xatırladırdı. “Sahil”, əslində, lap yaxınlığımızda idi. Amma o üfüqdə də görünmürdü sanki. Biz bilmirdik ki, başımızın üstündən açılan güllələr bu gəminin sakinlərini ələk kimi ələyib seyrəldəcək. Hələ bilmirdik ki, Naxçivanik yolunda tanklar bizim yolumuzu kəsib, bizi ot kimi biçəcək...

Qarqar çayını hamılıqla -- qohum-əqrəbayla, qonşularla keçib Naxçivanik yoluna çatdıq. Tanklar yolu kəsmişdi.Yaxınlıqda“UAZ”və“Niva”markalı maşınlar dayanmışdı. İlk dəfə idi ki, ətrafımda yüzlərlə insanın olmasına baxmayaraq, özümü tənha hiss edirdim. Bəs, deyirlər, güc birlikdədi? Az qala bütün kənd əhli Naxçivanik yolunda bir yerdə, birlikdə idi. Amma həm də bütün kənd birlikdə gücsüz, tənha, tək idi.Yolumuzu kəsənlər nəyisə gözləyirdilər. Elə biz də. Bu vaxt göyə atılan fişəng qışın şaxtasından bozarmış göyün üzünə nur saçdı. Gecənin boynuna bəzəkli boyunbağı bağlandı, qulaqlarından saçaqlı sırğalar asıldı, elə bil. Sonra başımızın üstündə işiqlar yanıb sönməyə başladı. Elə bildik cənnətdəyik, mələklər bizi qanadlarına alıb uzaqlara götürüb. Gecənin boynundan asılan bər-bəzəkli işıqlardan üstümüzə zər ələnirdi, sanki. Sonra ətraf yenə zülmətə büründü. Amma üstümüzə ələnən zərlərin ardı kəsilmirdi. Bəs niyə belədi axı? Birdən ayıldım. Mənə elə gəldi ki, hamı çığırır. Qaçan kim, yıxılan kim, yalvaran kim.Dayanmadan tanklardan açılanatəşbu çığırtını susdurarmı? Susdurmaz. Onları əsrlər sonra belə, susdurmaq olmaz daha. Nə irəli gedə bilirdik, nə geri. Ağdama gedən bir yol var idi, onun da qabağını kəsmişdilər. Biz o Naxçivanik yoluna gələnə qədər neçə dağ-dərə aşmışdıq. Minlərlə adamın yığışdığı düzdən çox az adam sağ çıxdı. Sonra  dedilər ki, yeddi yüzə yaxın insan ölüb, elə deyil. Siz o günü görməmisiniz...Ermənilər tərəfdə qalan meyitlərin çoxu gətirilmədi. İndi də öldü-qaldısı bilinməyən yüzlərlə adam var. Qar ağ, adamların geyimləri qara.Onları güllələmək mavi dənizdə qarala-qarala gələn gəmini batırmaq qədər asan idi. Biz batmışdıq. Dəstə-dəstə adamlar gəldikcə, tankın lüləsini tuşlayıb atırdılar. Bu, hələ yolda qətlə yetirilənlər idi. Məgər əsir götürülənlər sağdırmı?

Üçümüz də yaralanmışdıq-mən də, oğlum da, yoldaşım da.Onda oğlumun on iki yaşı var idi. Adı Ceyhundu. O, sol çiyni tərəfdən, ürəyinin üstündən ağır yaralanmışdı deyə, kanala girməyə ürək eləmədim. Cəmi min metr məsafə qalmışdı ki, Ağdamın Şelli bağına girək. Amma övladımı qoyub necə qaçaydım? Ceyhunu həmişəyaşıl ağacın arxasına çökdüyüm yerdəcə qollarımın arasına aldım.Ana üçün, qucağında balasının can verməsindən də dəhşətli nə ola bilərdi? Sırsıra bağlamış ağacın budaqları ağırlığa tab gətirməyib aşağı əyilmişdi. Deyirdim, Allahın altında, doğulub böyüdüyümüz vətən torpağı da bu faciəyə tab gətirməyib aralanaydı, hamını udaydı. Ceyhunun yarasından dayanmadan axan qanın istiliyi, qarın, şaxtanın soyuğunda iliyimə işləyirdi. İstəmirdim. Mən belə isinmək istəmirdim...

Bu dəfə tankın lüləsindən açılan daha bir atəş ağacların başını biçdi.Biz balaca kötüyün arxasına sığınmalı olduq. Yerdən qar götürüb Ceyhunun yarasına qoydum. Başımdakı yaylıqları, belimdəki şalı açıb üst-üstə yarasına bağladım. Dayanmadan zarıyırdı. Başımı qaldırdım,üzümü əl açıb dua etdiyimiz göyə dikdim. Kor gözü kimi ifadəsiz, soyuq, boz səmaya baxmağıma üşəndim.Amma üzümə bozarmağına incimədim. Eybi yoxdu, mən onu bağışlaram. Bircə bizi xilas eləsin. Hamıdan, hər şeydən kömək istəyirdim, yalvarırdım. Amma kim var idi ki, köməyə çata? Yan-yörəmiz meyitlərlə, can verən yaralılarla dolu idi.Hər yer al-qırımızı boyanmışdı. Elə bil toy-bayram idi...

Gördüm uşağın dodaqları göyərir. Qan su yerinə axırdı. Ceyhunun dediyi sözlər hələ də qulağımda cingildəyir:

-Ana, mən ölürəm, qonşulara qoşul, get.

Getmək... Can o qədər şirindi ki! Amma bala qədər əziz deyil. Mən ona bunu izah edə bilməzdim onda. Onu sakitcə bağrıma basdım. Biz buradan  ana-bala bir yerdə gedəcəkdik, ya diri, ya ölü.

Ayın iyirmi səkkizi idi. O məşum gündən iki gün keçmişdi. Ayıldım.Gördüm ki, meyitlərin arasında kimlərsə gəzir. Əvvəl elə bildim bizimkilərdi.Sonra gördüyüm vəhşiliklərdənvəziyyəti anladım. Bir kişi qaçhaqaçda körpəsini kürəyinə bağlamışdı. Onu güllə ilə vurub öldürmüşdülər. Ermənilər meyitlərin arasında gəzəndə gördülər ki, uşaq sağdı. Avtomatın süngüsünü uşağa keçirib qaldırdılar havaya. Sonra qoydular atasının üstünə.Bunu ancaq ermənilər edə bilərdi. Yalnız ermənilər ölənlərin üstünü qarət etməyi bacarardı. Yadımdadır, Ağdama gənc gəlinin meyitini gətirəndə, onun barmağını kəsilmiş gördük. Üzüyə görə eləmişdilər bunu. Yaxınlığımda Xankəndindən Güllü adlı bir qadın oğlu ilə kolların arxasında gizlənmişdi. Qadın çiynindən azca yaralanmışdı. Oğlu Şöhrət isə qarnından güllə yarası almışdı. Qadın çiynindən şalını açıb oğlunun yarasına bağlayanda qoynundan-qoltuğundan çıxan pullar yerə səpələndi. Onları bir yerə toplayıb kibritlə od vurdu. Pullardan qalxan tüstünü görən ermənilər yanımıza gəldilər. Onlardan biri arvada yaxınlaşıb soruşdu:

-Pulları niyə yandırırsan, ay arvad?

- Yaxşı eləyirəm. Mal mənim, kef mənim. Özüm bilərəm,- bunu deyəndən sonra arvad əsgərləri söydü. Erməni əsgərindarağı avtomata qoyub əvvəl yaşlı qadını, sonra oğlunu güllələməyi gözümün qabağından getmir. Sonra bizə yaxınlaşdılar. Tez əl atıb yanıma qoyduğum çantanı götürüb onlara sarı uzatdım. Dedim nə istəyirlər götürsünlər, içində pul da var idi, qızıl da. Bircə balama dəyməsinlər. Onlar təsəvvürlərinə də gətirməzdilər ki, o gündən iki gün sonra bu qarın-şaxtanın içində ac-susuz sağ qalan kimsə ola bilər.

Uşağın vəziyyəti ağır idi.Heç birimiz yeriyə bilmirdik. Nə başımdan dəyən güllənin ağrısını hiss edirdim, nə də paltomu başdan- ayağa götürmüş qanın fərqində idim. Təklif elədilər ki, maşının kabinəsində oturaq. Etiraz elədim. Dedim biz, yaxşısı budur, yük yerində oturaq. Birtəhər yuxarı qalxıb oturduq. Ora üst-üstə yığılan erməni meyitləri ilə dolu idi. Bir küncdə özümə yer edib, oğlumu bağrıma basdım. Dedim, Ceyhun qorxma, olan olub, ölən ölüb.

O isə elə hey su istəyirdi. Mənsə, “sənə su olmaz”,-ı elə deyirdim ki, elə bil bulaq başında idik, bircə onu ovcumuza doldurub içməyimiz qalırdı.

Bizimlə birgə daha iki nəfəri əsir götürmüşdülər. Onlardan biri Aslanova Sevinc Tofiq qızı idi, digəriŞuşanın Malıbəyli kəndindən Zeynalov Qafar adlı əlli iki yaşlı bir kişi. Fevralın iyirmi altısından martın üçünə qədər Xankəndində Sarkis adlı erməninin evində yaşamalı olduq. Ermənilər evdən çıxan kimi, yığışıb söhbət edirdik ki, niyə bizi əsir düşərgəsinə aparmırlar? Görəsən bizdən nə istəyirlər? Bizi nə döyən var idi, nə söyən. Bir neçə gündən sonra söhbətin üstü açıldı. Sən demə, bizi tutan ermənilərdən birinin oğlu doqquz ay idi ki, Şüvəlanhəbsxanasında yatırmış. Bizim qarşımıza onu tapıb geri qaytarmaq şərti qoyulmuşdu. Onların şərtlərinə əməl olunsaydı, dördümüzü də azad edəcəkdilər. Onlar istəyirdi ki, Bakıya mən gedim. O adamı mən tapım. Amma mən ora tək getməli idim, Ceyhunsuz...

 

Yalvardım, dil tökdüm. Dedim, qoyun ya kişi getsin, ya qadın. Onsuz da fərqi yoxdu. Kim getsə bizim azad olunmağımız üçün bizimkilər əllərindən gələni edəcəklər. Razı olmadılar. Axı onların arxada heç kimi qalmırdı...

Bəzən elə hala düşürük ki, hansı qərarın doğru, hansının yanlış olduğundan baş aça bilmirik. Bəzən bilmirsən hansı qaytanı kəssən minapartlayıb səni məhv etməyəcək. Burada, əsirlikdə, oğlumun yanında başıma hər hadisənin gəlməsinə razı idim. Mənə elə gəlirdi ki, buradan Ağdama gedib çata bilməyəcəyəm, yoldaca ürəyim partlayacaq.Beləcə, qərar verə bilmirdim. Zaman isə yüksək sürətdən təkəri çıxmış maşın kimi idi bizim üçün; nə olacağı, hara gedəcəyi, harada dayanacağı naməlumdu.

-          Ana, elə bilirdim ki, hamı yatandan sonra qaça bilərdik buradan. Sən haqlı idin. Bizi yolda başqa dəstə tutsa idi, işimiz çətin olardı.Erməni uşaqları ilə su gətirməyə gedəndə onların postlarını görürdüm. Tankların üstünə hərbi çadır çəkib gizlətmişdilər. Hər tərəf dolu idi saqqallı hərbçilərlə. Biz, doğrudan da, buradan qaça bilmərik.

Ceyhun bunları deyəndə az qaldı başıma hava gəlsin. Bu yaşda onun cəsarətinə heyrət edirdim. Axı onun kim olduğunu bilsəydilər, başına oyun açardılar. Nə olsun ki, bizi burada kiminləsədəyişəcəkdilər deyə, heç kimə təhvil vermirdilər. Oğlumun bu cəsarəti, onun azad olmaq eşqi, məni qərar verməyə vadar elədi. Getməli idim.O adamı gətirib oğlumu buradan çıxarmalı idim.

Gedənə yaxın Ceyhuna bərk-bərk tapşırdım ki, heç kimə yarasını sarımağa icazə verməsin. Dərmanları alıb verdim özünə. Bakıda həbsdə olan erməni haqqında bütün məlumatları dəqiqləşdirib  qeyd elədim.

Mən Ağdama gələndə, yoldaşım ağır yaralı olmasına baxmayaraq,  hələ də onu Bakıyaaparmalarına razılıq verməmişdi.O da bizim kimi, üç gün meşədə qalmışdı. Əslində o, kanalı keçəndə görmüşdüm. Ceyhuna tapşırmışdım ki, atasını çağırmasın. O da yaralı idi, biz də. Onsuz da heç bir kömək edə bilməyəcəkdi. Barı əsir düşməyəydi.Bizim öldü-qaldımızdan xəbər tutmayınca, heç bir yerə getməməkdə israrlı imiş. Oğlununəsirlikdə qaldığınıeşidəndə, inanmamışdı. Ümumiyyətlə, hamı Ceyhunu ölmüş bilirdi.

Bakıya gəldim. Ürəyim partlamamışdı. Yaşayırdım, mübarizə aparırdım. Təkcə öz həyatım uğrunda deyil, həm də oğlumun və daha iki nəfərin yaşamağınaminə. Hər gün gah prokurorluğa, gah Ali Sovetə gedirdim. Bütün güc strukturlarına məktubla müraciət etmişdim. Çox vaxt getməyə yol pulum olmurdu. Nəhayət ki, məsələnin Milli Məclisdə qaldırılmasına nail oldum.Həbsdə olan ermənini tapdılar və onun əsrlərlə dəyişdirilməsinə razılıq verdilər.

Aprelin iyirmi səkkizi idi. Postda əsirləri dəyişmək üçün hər iki tərəf gəlmişdi. Son anda ermənilər yenə öz xislətini göstərməyə başladılar. Sözlərindən belə çıxırdı ki, sözləşmə şərtləşdiyimiz kimi olmaya bilər.Yalnız bir nəfəri azad etmək istəyirdilər. Soruşurdular ki, kimin azad olunmasınıistəyirsiniz. Dedim, üçünü də qaytarmalısınız. Amma əvvəlcə mənim oğlum gəlməlidi, sonra qadın, daha sonra kişi.Əlbəttə ki, buna razı olmadılar. Onların hər üçünü qaytarmasaydılar, adamlarını almayacaqdılar.

Zaman yaraları sağaldır, deyirlər. Elə deyil. Hər gün daha çox ağrıyırsan. Olanları xatırlamağa gündəlik vərdişlər, həyat tərzi kimi öyrəncəli olursan. Qaynatamın sağ gözündən güllələnmiş cəsədi gözümün qarşısından keçmir... Pis oluram ki, niyə axı onu Ağdamda dəfn elədik, sonradan işğal olundu, qəbriniziyarət edə bilmirik. İnana bilmirəm ki, qaynımgil iki ekiz körpələri ilə beş gün Xocalıda, beşmərtəbədə qalıblar. Ermənilərə elə gəlirmiş ki, bunlarda silah var, binaya girə bilmirmişlər. Fikirləşirəm ki, Naxçivanik yolunda öldürülənlərin meyitlərini helikopterlə gətirdik, dəfn elədik. Bəs Xocalıda qalan meyitlərin aqibəti necə oldu? Yandırdılarmı? Əzdilərmi? Elə hey, fikirləşirəm, xatırlayıram, soruşuram...

"Aydın yol"

 





06.08.2015    çap et  çap et