525.Az

"Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsində


 

"Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsində <b style="color:red"></b>

Dünən Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də “pley-off” üçün mübarizə aparıb.

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşıb.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var idi. "Qəbələ" bu matçda 1:0 hesabı ilə qalib gəlib və tarixində ilk dəfə olaraq  Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib.

6  avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0

Qol
: Cavid Hüseynov, 80-pen (1:0)

Qırmızı vərəqə
: Ürfan Abbasov, 90+1 ("Qəbələ")

İlk oyun-1:1

Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı.  8-ci  kilometr qəsəbə stadionu
 
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Ürfan Abbasov, Rafael Santos, Arif Daşdəmirov,  Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay,Sergey Zenyov,  Dodo, Aleksey Antonov  (Ermin Zets, 71)

Ehtiyat oyunçular:  Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Elvin Camalov, Asif Məmmədov,  Samir Zərgərov

"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes (Thuram, 61), Freyra, Simoes Jeyme (Farley, 81), Esteban Saçetti, Qullon, Aleks,  Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias (Abraham, 61)

Ehtiyat oyunçular:  Hidi, Angeli, Stulianou, Veeler

 





07.08.2015    çap et  çap et