525.Az

Avropa Liqası: oyun dayandı


 

Avropa Liqası: oyun dayandı<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Atromitos" (Yunanıstan) - AİK (İsveç) matçı yarımçıq dayanıb.

Qol.Az-ın məlumatına görə, buna stadionda elektrikin kəsilməsi səbəb olub.

Yunanıstanda keçirilən oyunun 53-cü dəqiqəsində bütün stadionda işıqlar sönüb. Lakin bir müddət sonra texniki nasazlıq aradan qaldırılıb və matç qaldığı yerdən davam etdirilib.

Qeyd edək ki, 53-cü dəqiqəyə qədər matçda hesab açılmayıb - 0:0. Səfərdə keçirilən ilk görüşdə isə "Atromitos" 3:1 hesabı ilə qalib gəlib.

 





07.08.2015    çap et  çap et