525.Az

Fələstin futbolçuları son 15 ildə ilk matçlarını keçiriblər


 

Fələstin futbolçuları son 15 ildə ilk matçlarını keçiriblər<b style="color:red"></b>

İordan çayının Qərb sahili və Qəzza zolağının futbol komandaları son 15 ildə ilk matçlarını keçiriblər.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, oyun heç-heçə (0:0) başa çatıb.  
 
Məlumata görə, Qəzza zolağındakı “Əl-Yərmuk” stadionunda “Əl-Əhli” (İordan çayının Qərb sahili) və “Şeycayə” (Qəzza zolağı) komandaları arasında baş tutmuş qarşılaşmanı iki minədək azarkeş izləyib. 
 
“Fələstin Kuboku” turniri çərçivəsində keçiriləcək cavab oyunu avqustun 9-da İordan çayının Qərb sahilində baş tutacaq.
 
Son zamanlar Fələstin Milli Administrasiyası və  Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı arasında münasibətlər yenidən gərginləşib.

 





07.08.2015    çap et  çap et