525.Az

"Qarabağ" və "Qəbələ"nin rəqibi müəyyənləşdi


 

"Qarabağ" və "Qəbələ"nin rəqibi müəyyənləşdi<b style="color:red"></b>

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşkatma mərasimdə 44 komanda iştirak edib. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olub.

Azərbaycanı bu mərhələdə iki komanda - "Qarabağ" və "Qəbələ" təmsil edib. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək.

Artıq hər iki klubumuzun rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi pley-off mərhələsində İsveçrənin "Yanq Boyz", "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.

"Yanq Boyz" (İsveçrə) - "Qarabağ"  (Azərbaycan)

“Panatinaikos” (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

 





07.08.2015    çap et  çap et