Bu gün AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən klubların nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Klublar Komitəsinin dəvəti əsasında AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Tədbirdə ölkə futbolunun inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
çap et