525.Az

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma


 

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma <b style="color:red"></b>

Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında baş verən atışmada ölənlərin sayı 3-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə vilayət valiliyinin yaydığı açıqlamada bildirilir. Ölənlərin mülki şəxs olduğu ehtimal olunur.
 
Hadisə zamanı 2-si polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

 





07.08.2015    çap et  çap et