525.Az

Bakıda Gürcüstan-Rusiya müharibəsinə həsr olunmuş fotosərgi


 

Bakıda Gürcüstan-Rusiya müharibəsinə həsr olunmuş fotosərgi <b style="color:red"></b>

Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıdakı Müasir İncəsənət Mərkəzində Rusiya-Gürcüstan müharibəsinə həsr olunmuş fotosərgi təşkil olunub.

APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu sərgi ilə 21-ci əsrdə yeni "Berlin divarları"nın necə tikildiyini və "sürünən ilhaq"ın necə baş verdiyini göstərmək istədiklərini deyib.
 
Səfir fotoların müəllifinin Ceym Cons olduğunu bildirib.
 
Sərgidə 2008-ci ildə baş verən hadisələrlə bağlı fotolar nümayiş olunur.

 





07.08.2015    çap et  çap et