525.Az

"Real"da növbəti ciddi itki


 

"Real"da növbəti ciddi itki <b style="color:red"></b>

"Real" növbəti ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Audi cup" turnirində "Bavariya" ilə matçda zədələnən Pepe tibbi müayinədən keçib. Onun sağ ayaq əzələsinin dartıldığı müəyyənləşib. Bu səbəbdən portuqaliyalı müdafiəçinin İspaniya La Liqasının ilk turunda "Sportinq"lə (Xixon) oyunu buraxacaq.

Qeyd edək ki, bundan əvvəl Madrid klubunun digər futbolçusu Kərim Benzemanın zədə səbəbindən ilk görüşdə oynamayacağı açıqlanıb.

 





07.08.2015    çap et  çap et