525.Az

Rusiyada ötən ilin payızında itmiş vertolyotun qalıqları tapılıb


 

Rusiyada ötən ilin payızında itmiş vertolyotun qalıqları tapılıb<b style="color:red"></b>

Rusiyanın Tuva Respublikasında ötən ilin 10 oktyabrında itmiş Mi-8 vertolyotunun qalıqları tapılıb.

APA-nın “RİA Novosti”yə  istinadən verdiyi məlumata görə, respublikanın rəhbəri Şolban Kara-ool vertolyotun qalıqlarının aşkarlandığı təsdiqləyib.
 
Mənbənin bildirdiyinə görə, hadisə yerində 10 nəfərin qalıqları da aşkar edilib.
 
Vertolyotun qalıqları ötən gün Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində tapılıb. Axtarış aparan mütəxəssislər üzərində “Tıva Avia” yazılan metal parçası tapıblar.
 
Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Onun göyərtəsində 7 sərnişin və 5 heyət üzvü olub.

 





08.08.2015    çap et  çap et