525.Az

Bakıda ana doğuş zamanı ölüb


 

Bakıda ana doğuş zamanı ölüb<b style="color:red"></b>

Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı ana ölümü baş verib.

Doğum Evindən APA-ya verilən xəbərə görə, ölən qadın Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızıdır.
 
Doğum Evindən ölümün səbəbini açıqlamayıblar.
 
Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

 





08.08.2015    çap et  çap et