525.Az

Türkiyə "İŞİD"ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacaq


 

Türkiyə "İŞİD"ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacaq<b style="color:red"></b> “Yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin "İŞİD"ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacağı gözlənilir”.
 
APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu "İŞİD"ə qarşı koalisiyaya üzv olan ölkələrdən birinin adı açıqlanmayan nümayəndəsi deyib.
 
Ankaradakı nümayəndə bildirib ki, əvvəllər Türkiyənin təkbaşına "İŞİD"in mövqelərinə hava zərbələri endirməsini istəməyiblər: “Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır”.
 
Türkiyənin "İŞİD"ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının davam etdiriləcəyini vurğulayan nümayəndə qeyd edib ki, Türkiyə hərbi əməliyyatlar vaxtı ərazisindəki bir neçə hərbi bazanın istifadə olunmasını təklif edib.
 
Nümayəndə PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da bəyan edib.
 





08.08.2015    çap et  çap et