İsveçrə çempionatında dördüncü turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb.
“Gənc oğlanlar” doğma meydanda "Tun"la qarşılaşıb. Görüş "Yanz Boyz"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Yanq Boyz"un cari mövsüm çempionatda ilk qələbəsi olub.
Qeyd edək ki, bu qələbədən sonra xalını 6-ya yüksəldən "Yanq Boyz" 3-cü pilləyə yüksəlib.
çap et