525.Az

Vidal debüt oyununda qol vurdu


 

Vidal debüt oyununda qol vurdu<b style="color:red"></b>

Arturo Vidal yeni klubu "Bavariya"da ilk rəsmi oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, o, Almaniya kubokunda "Noettingen"ə qarşı matçda debüt edib. Əsas heyətdə meydana daxil olan A.Vidal ikinci hissənin əvvəlində əvəzlənib. Çilili yarımmüdafiəçi ilk matçında qol vurmağı da bacarıb. O, 5-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, A.Vidal bu yay "Yuventus"dan "Bavariya"ya transfer olunub.

Əlavə edək ki, "Noettingen" - "Bavariya" görüşü ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 





10.08.2015    çap et  çap et