Moskvada ənənəvi "Missis Rusiya" müsabiqəsinin finalı baş tutub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, "ərdə olan ən gözəl qadın" tituluna 6 uşaq anası 37 yaşlı Yekaterina Kirmel layiq görülüb.
Onun 4 qızı (10, 9, 6 və 4 yaşlarında) və 2 oğlu (17 və 12 yaş) var.
Yekaterina 22-43 yaş aralıqlarında olan 15 rəqibinə qalib gəlib. Müsabiqəyə Sankt-Peterburqdan qatılan qadının iki ali təhsili var. O, boş vaxtlarında bodibildinqlə də məşğul olur.
Qeyd edək ki, "Missis Rusiya"da ən az bir uşağı olan ərli qadınlar iştirak edir.
çap et