525.Az

34 mindən çox abituriyent ixtisas seçimi edib


 

34 mindən çox abituriyent ixtisas seçimi edib<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.

525.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

 





10.08.2015    çap et  çap et