525.Az

AFFA-dan jurnalistin qətli ilə bağlı bəyanat


 

AFFA-dan jurnalistin qətli ilə bağlı bəyanat <b style="color:red"></b>

AFFA  jurnalist Rasim Əliyevin qətli ilə bağlı bəyanat yayıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bəyanatda deyilir:

"2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.

AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

 





10.08.2015    çap et  çap et