525.Az

Markeviç "Dnepr"dən gedir


 

Markeviç "Dnepr"dən gedir<b style="color:red"></b>

"Dnepr" klubunun baş məşqçisi Miron Markeviç komandadan ayrılmaq istəyir.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssisin özü açıqlamasında deyib:

"Klub rəhbərliyi ilə danışığım oldu. Onlara komandadan getmək istədiyimi bildirdim. "Dnepr"lə hələ iki illik müqaviləm var. Necə olacağını bilmirəm, ancaq qarşılıqlı razılıq əsasında komandadan ayrılmaq istəyirəm".

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının finalına qədər irəliləyən "Dnepr" cari mövsüm Ukrayna Premyer Liqasının geridə qalan 4 turundan sonra 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 





10.08.2015    çap et  çap et