525.Az

Yunanıstan kreditorlarla dörd illik büdcə göstəricilərinə dair razılığa gəlib


 

Yunanıstan kreditorlarla dörd illik büdcə göstəricilərinə dair razılığa gəlib<b style="color:red"></b>

Yunanıstan hakimiyyəti və beynəlxalq kreditorlar 2015-2018-ci illərin dövlət büdcəsinin ilkin göstəricilərinə dair razılığa gəlib.

APA-nın  verdiyi xəbərə görə, bu barədə Röyters Yunanıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb. 
 
Məlumata görə, cari ildə ÜDM-in 0,25 faizi səviyyəsində büdcə kəsiri yaranacağı gözlənilir. Artıq 2016-cı ildə ÜDM-in 0,5 faizi  səviyyəsində profisit, 2017-ci ildə profisit ÜDM-in 1,75 faizini , daha bir il sonra isə profisit ÜDM-in 3,5 faizini təşkil edəcək.

 





11.08.2015    çap et  çap et