525.Az

Ferqüsonda fövqəladə vəziyyət


 

Ferqüsonda fövqəladə vəziyyət <b style="color:red"></b>

ABŞ-ın Ferqüson şəhərində polislə etirazçılar arasında baş vermiş qarşıdurmadan sonra Sent Luis dairəsində fövqəladə vəziyyət elan olunub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin  imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbəri  Con Belmara Ferqüson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib. 
 
Qeyd edək ki, ötən gün gecə saatlarında Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib. 

 





11.08.2015    çap et  çap et