Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.
Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun mərkəzi oyunu Qəbələdə baş tutub. Burada ölkəmizi Avropa Liqasında təmsil edən iki komandamız – “Qəbələ” və “Qarabağ” üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə başa çatıb.
Digər oyunda isə “Rəvan” “Sumqayıt”ı qəbul edib. Bu oyunda hesab açılmayıb - 0:0.
10 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
21:00. “Rəvan” – “Sumqayıt” - 0:0
Qırmızı vərəqə: Ağabala Ramaznov, 39 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
“Bayıl Arena”
21:00. “Qəbələ” – “Qarabağ” - 2:2
Qollar: Sergey Zenyov, 32 (1:0), Riçard Almeyda, 62-pen (1:1), 83 (1:2), Samir Zərgərov, 86 (2:2)
Qırmızı vərəqə: Rəşad Sadiqov, 74 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
9 avqust
21:00. “Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
Bakı. 8-ci km qəsəbə stadionu.
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 70 ("Kəpəz")
21:00. “Zirə” – AZAL - 1:0
Qol: Viktor İqbekoyi, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
21:00. “Xəzər Lənkəran” – “İnter” - 2:0
Qollar: Elnur Cəfərov, 7 (1:0), Rahid Əmirquliyev, 31 (2:0)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
çap et