525.Az

Bu il 140 yaşayış məntəqəsi qazlaşdırılıb


 

Bu il 140 yaşayış məntəqəsi qazlaşdırılıb<b style="color:red"></b> “Azəriqaz” İB tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur.
 
“SOCAR”dan “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə “Azəriqaz” İB tərəfindən cari ilin 7 ayı ərzində 6 558 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 369 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyul ayları ərzində respublikanın 140 yaşayış məntəqəsi qazlaşdırılıb.
 
Bununla da, avqust 1-nə olan məlumata əsasən, təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 772 min 347-yə çatdırılıb ki, bunun da 1 mln. 749 min 219-u əhali və 23 min 128-i isə qeyri-əhali sektoruna aid olub.
 





11.08.2015    çap et  çap et