525.Az

"Qəbələ"nin rəqibi "Real Sosyedad"la qarşılaşacaq


 

"Qəbələ"nin rəqibi "Real Sosyedad"la qarşılaşacaq<b style="color:red"></b>

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" klubu yoxlama görüşü keçirəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunanıstan təmsilçisi İspaniyanın "Real Sosyedad" klubu ilə qarşılaşacaq.

Yannis Anastasiunun komandası yoxlama oyunu üçün bu gün İspaniyaya yola düşəcək. Oyun sabah, "Anoeta" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında pley-off oyunları 20-27 avqust tarixlərində keçiriləcək.

 





11.08.2015    çap et  çap et