525.Az

"Qəbələ" - "Panatinaikos" matçının başlama saatı müəyyənləşdi


 

"Qəbələ" - "Panatinaikos" matçının başlama saatı müəyyənləşdi<b style="color:red"></b>

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan) matçının başlama saatı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  qarşılaşma avqustun 20-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş 8-ci kilometr qəsəbə stadionunda oynanılacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 27-i Afinada keçiriləcək.

 





12.08.2015    çap et  çap et