525.Az

Nobel mükafatı laureatlarının elan ediləcəyi tarix açıqlanıb


 

Nobel mükafatı laureatlarının elan ediləcəyi tarix açıqlanıb<b style="color:red"></b>

Oktyabrın 5-dən 12-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Modern.az “Nobelprize.org” saytına istinadən xəbər verir ki,  oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 9-da Nobel sülh mükafatı, 12-də “Sveriges Riksbank Prize” təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

 





12.08.2015    çap et  çap et