525.Az

Rasim Əliyevin ölüm səbəbləri araşdırılır


 

Rasim Əliyevin ölüm səbəbləri araşdırılır<b style="color:red"></b>

Avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və əməliyyat olunduğu 1 saylı klinik xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünün səbəbləri araşdırılır.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, jurnalist Rasim Əliyevin ölüm faktı hazırda nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, eləcə də, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Məlumatda bildirilib ki, ölümün səbəbləri və ictimaiyyəti maraqlandıran bütün suallar yalnız ekspertizanın rəyi acıqlandıqdan sonra məlum olacaq. 

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bu hadisəyə görə “Qəbələ futbol komandasının oyunçusu Cavid Hüseynov və digər 5 nəfər həbs edilib. 

 





12.08.2015    çap et  çap et