525.Az

Erməni ailəsini öldürən rus əsgərin məhkəməsi başlayıb


 

Erməni ailəsini öldürən rus əsgərin məhkəməsi başlayıb<b style="color:red"></b> Bu gün Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsini öldürməkdə təqsirləndirilən rus hərbçisi Valeri Permyakovun məhkəməsi başlayır.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 5-ci qarnizon məhkəməsində başlayan prosesdə rus hərbçisi “fərarilik”, “silah oğurluğu” və “2 və daha artıq insanın öldürülməsi” maddələri ilə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

2015-ci il yanvarın 12-də 102-ci hərbi bazada xidmət zaman silahı götürərək hərbi hissəni tərk edən Valeri Permyakov Avetisyanlar ailəsinin 7 üzvünü öldürmüşdü.
 





12.08.2015    çap et  çap et