Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 2094 nəfər 600-dən çox, 15 nəfər isə 700 bal toplayıb.
Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev Modern.az-a açıqlamasında bildirib ki, Şirvan şəhər ümumtəhsil məktəblərinin məzunlarından qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanların sayında da kifayət qədər artım olub.
Belə ki, Şirvan şəhər ümumtəhsil məktəblərindən 34 nəfər 600-700 bal arası nəticə göstərib.
Eyni zamanda 36 nəfər də 500-600 arasında bal toplayıb. O qeyd edib ki, Şirvan şəhərinin 18 saylı tam orta mətkəbindən 18 nəfər 600-dən çox bal toplayıb. Daha iki məktəbində isə, 16 və 21 nömrəli məktəblərdə isə 6 nəfər 600-700 bal arası nəticə göstərib.
çap et