525.Az

Türkiyədə PKK-çılar jandarm bölməsinə hücum ediblər


 

Türkiyədə PKK-çılar jandarm bölməsinə hücum ediblər<b style="color:red"></b>

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.
 
APA-nın xəbərinə görə, Özərkli kəndində yerləşən hücum nəticəsində 1 hərbçilər şəhid olub, 2 terrorçu məhv edilib. Həmçinin, 4 əsgər, 1 qoruyucu da xəsarət alıb.
 
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, terrorçular iriçaplı silahlar və raketlərlə hücum ediblər. Terrorçulara cavab atəşi açılıb. Nəticədə onlardan 2-si məhv edilib. Hücum dəf edilərkən 1 çavuş şəhid olub, 5 nəfərsə yaralanıb.

 





13.08.2015    çap et  çap et