525.Az

ABŞ-ın sabiq prezidentində xərçəng aşkarlanıb


 

ABŞ-ın sabiq prezidentində xərçəng aşkarlanıb <b style="color:red"></b> ABŞ-ın sabiq prezidenti Cimmi Karterə qaraciyər xərçəngi diaqnozu qoyulub.
 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına Karterin yaxınları bildirib.
 
Onların sözlərinə görə, həkimlər xəstəliyi Karterin qaraciyərində cərrahiyə əməliyyatı apararkən  müəyyən ediblər.
 
1977-1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karterin 2014-cü ilin oktyabrında 90 yaşı tamam olub. O, tanınmış ictimai xadim, Nobel mükafatı laureatıdır.
 





13.08.2015    çap et  çap et