525.Az

Təmas xəttində monitorinq keçiriləcək


 

Təmas xəttində monitorinq keçiriləcək<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.
 





13.08.2015    çap et  çap et