525.Az

"Mən əslində, polkovnik İsayevəm..."


 

"Mən əslində, polkovnik İsayevəm..."<b style="color:red"></b>

Yəqin ki, SSRİ dövründə tələbələrin, şagirdlərin pambıq yığımına getdikləri yadınızdadır.

Dövlətin kartofu bol olan yerlərindəsə tələbələr və şagirdlər pambıq əvəzinə kartof yığımına gedirdilər. Hə, bax həmin kartof yığımı məsələsi SSRİ-də 1978-ci ildən tətbiq olunmağa başlamışdı. Bəli, məhz bu ildən başlayaraq SSRİ-də rusların «na kortuşku», bizim dilə tərcümədə isə «kartof yığımı» kimi tərcümə olunan ənənəyə start verildi.

Məşhur rus yazıçısı Zadornov satirik felyotonlarının birində yazır: «Ölkənin zehni əməklə məşğul olan hissəsinə kənd təsərrüfatı əməkçiləri kömək eləyəndə, deməli, onların hər ikisi kartof yığımı ilə məşğuldurlar».

Düzdü, kartof dünyanın digər ölkələrində də bitir və oralarda da kartof yığırlar. Amma razılaşın ki, Sovetlərdə, daha doğrusu, ruslarda olduğu kimi dünyanın heç bir xalqı kartof yığımıyla bağlı bu cür kəşflər eləməyib. Özü də bu kəşflər həm həyata, həm də şifahi, yazılı, görüntülü janrlara aiddir. Məsələn, kartof yığımı haqqında lətifələrdən birində deyilir:
 
«Müller Ştirlitsə zəng eləyir və bildirir ki, sabah bütün qərargah kartof yığımına çıxacaq. Ştirlits təlaşa düşür, fikirləşir ki, axı, kartof yığımı yalnız ruslara aiddir, deməli, Müller onun casus olduğunu bilir. Sovet kəşfiyyatçısı oturur, “mən əslində, polkovnik İsayevəm, illərdir ki, rus kəşfiyyatına işləyirəm” sözləriylə başlayan böyük eitraf məktubu yazır. Müller məktubu oxuyur və gülür: “Eh Ştirlits, Ştirlits, kartof yığmağa getmək istəmədiyi üçün gör nələr fikirləşir”.

Atv.az

 





13.08.2015    çap et  çap et