"Arsenal"ın futbolçusu Tomaş Rosiçki zədələnib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, dizindən zədələnən çexiyalı futbolçu əməliyyat olunub.
Rosiçkinin 4-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə təcrübəli futbolçu Premyer Liqanın ilk turlarında "Arsenal"a, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Türkiyə və Hollandiya ilə görüşlərdə isə Çexiya yığmasına kömək edə bilməyəcək.
"Rosiçki dizindən zədələndi. Artıq o, əməliyyat olundu. Onun yaşıl meydanlara qayıtması üçün 4-8 həftəyə ehtiyacı olacaq" - deyə Rosiçkinin meneceri Pavel Paska bildirib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2006-cı ildən "Arsenal"ın şərəfini qoruyur.
çap et