525.Az

Felipe Melo qərarını verdi


 

Felipe Melo qərarını verdi<b style="color:red"></b>

"Qalatasaray"ın yarımmüdafiəçisi Felipe Melonun klubdakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.Az-ın "NTVspor"a istinadən verdiyi məlumata görə, İtaliya "İnter"inə keçəcəyi gözlənilən braziliyalı futbolçu İstanbul klubunda qalmağa qərar verib.

32 yaşlı futbolçu "Qalatasaray"la 2 illik müqavilə imzalayıb. Daha öncə "Cim Bom"da ilinə 3,1 milyon avro qazanan Melo maaşının azaldılmasına da razı olub.

Qeyd edək ki, ötən mövsümün sonunda "Qalatasaray"dan ayrılmaq istəyən Melonun "İnter"lə razılığa gələ bilməməsi səbəbindən bu transfer baş tutmayıb.

 





13.08.2015    çap et  çap et