Almaniya bundesliqa təmsilçisi "Hamburq" "Barselona"nın futbolçusu Alen Haliloviçi icarəyə götürməkdən imtina edib.
Qol.Az-ın xəbərinə görə, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
Bildirilib ki, klub "Barselona"nın Haliloviçin çempionatın matçlarının ən azı 60 faizində iştirak edəcəyi ilə bağlı şərtini qəbul etməyib. Bu səbəbdən də "Hamburq" oyunçunu icarəyə götürmək fikrindən daşınıb.
çap et