525.Az

UEFA "Qəbələ"nin cavab oyununun vaxtını açıqladı


 

UEFA "Qəbələ"nin cavab oyununun vaxtını açıqladı<b style="color:red"></b>

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ"  (Azərbaycan) cavab qarşılaşmasının vaxtı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç avqustun 27-i Bakı vaxtı saat 23:00-da başlayacaq. Oyun "Apostolos Nikolaidis" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 20- saat 21:00-da başlayacaq.

 





14.08.2015    çap et  çap et