525.Az

İspaniya superkuboku: "Barselona" "Atletik"ə qarşı


 

İspaniya superkuboku: "Barselona" "Atletik"ə qarşı<b style="color:red"></b>

Bu gün İspaniya superkubokunun ilk oyunu keçiriləcək.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Barselona" və "Atletik" (Bilbao) klubları üz-üzə gələcək.

Bilbaoda keçiriləcək ilk görüş Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı avqustun 18-də Barselonada baş tutacaq.

Qeyd edək ki, "Barselona" və "Atletik" son mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Bununla belə, qaydalara əsasaən, "Barselona" həm də çempion adını qazandığı üçün superkubok oyunu keçirilməlidir. Bu matçda çempion, eyni zamanda kubokun qalibi olan komanda kubokun finalçısı ilə qarşılaşmalıdır.

14 avqust

İspaniya superkuboku, ilk oyun

01:00. "Atletik" (Bilbao) - "Barselona" 

 





14.08.2015    çap et  çap et